İş barədə məlumat:
- Sektor: Tikinti
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşma yolu ilə (Sabit Ə/H + bonus)
Şirkətimiz tikinti layihələrinin satış fəaliyyətini idarə edəcək, satış strategiyasını formalaşdıracaq və satış komandasının effektiv fəaliyyətini təmin edəcək təcrübəli “Satış rəhbəri” axtarır.
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Tikinti layihələrinin satış prosesinin planlaşdırılması və idarə olunması;
- Satış komandasının fəaliyyətinin təşkili, idarə olunması və motivasiyası;
- Satış planlarının hazırlanması və satış hədəflərinə nail olunmasının təmin edilməsi;
- Bazarın, rəqiblərin və müştəri davranışlarının analiz edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
- Strateji tərəfdaşlıqların qurulması və korporativ müştərilərlə danışıqların aparılması;
- Satış göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Marketinq və digər şöbələrlə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
Tələblər:
- Biznes idarəetməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Satış sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə təcrübə minimum 2 il;
- Tikinti və ya daşınmaz əmlak sektorunda satış təcrübəsi üstünlükdür;
- Satış strategiyasının hazırlanması və komanda idarəetməsi üzrə güclü bacarıqlar;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
- MS Office proqramlarında işləmək bacarığı;
- Dəqiqlik və yüksək məsuliyyət;
Yalnız tələblərə uyğun namizədlərin müraciətinə dönüş ediləcək. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.