Vəzifə və Öhdəlikləri:
- Texniki və spesifikasiya əsaslı sənaye məhsulları üzrə şirkətin kommersiya və satış strategiyasını formalaşdırmaq və icrasına rəhbərlik etmək
- Yerli və regional bazarlarda şirkətin bazar mövqeyini və satış həcmini davamlı artırmaq
- Layihə və sənaye müştəriləri ilə strateji tərəfdaşlıqlar və uzunmüddətli müqavilələr qurmaq
- Məhsulun texniki dəyər təklifini bazar və tətbiq sahələri üzrə effektiv şəkildə mövqeləndirmək
- Qiymətlandırma, marja və satış portfeli balansını optimallaşdırmaq
- Satış və distribusiya modelini formalaşdırmaq və inkişaf etdirmək
- Kommersiya risklərini, bazar dinamikasını və rəqib materialları analiz edərək qərarverməni yönləndirmək
- Satış funksiyasının təşkilati strukturunu və performans mədəniyyətini qurmaq
- İstehsal, təchizat zənciri və maliyyə funksiyaları ilə inteqrə olunmuş satış planlaşdırmasını təmin etmək
- Satış proqnozları, büdcə və strateji göstəricilər üzrə rəhbərliyə hesabatlılığı təmin etmək
Tələblər:
- Texniki və ya sənaye B2B məhsulların satışında minimum 8–10 il təcrübə
- Layihə satışları və ya spesifikasiya əsaslı məhsullar üzrə rəhbər vəzifə təcrübəsi
- Mühəndislik, tikinti materialları, sənaye materialları və ya oxşar sektorlarda təcrübə
- Texniki məhsulun dəyərini və keyfiyyətini müştəriyə izah etmə və danışıqlar bacarığı
- Rus və İngilis dillərində sərbəst ünsiyyət
- Ali təhsil (mühəndislik və ya biznes üstünlükdür)
- Xarici ölkələrə ezamiyyə getmə imkanı
Üstünlüklər:
- İstehsal və ya material sektorunda satış rəhbərliyi
- İxrac və regional bazarlar üzrə təcrübə
- Texniki standartlar və məhsul spesifikasiyaları ilə iş təcrübəsi
Xüsusi bacarıqlar:
- Liderlik və komanda ruhu
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Strateji və analitik düşüncə
- Qərarvermə və problem həll etmə qabiliyyəti
- Nəticəyönümlülük və məsuliyyətlilik
- Stressə davamlılıq
- Dəyişikliklərə çevik uyğunlaşma
- Yüksək motivasiya və təşəbbüskarlıq
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09 00-18 00 5/7
- Könüllü Tibbi sığorta;
Mövzü yerinə “Satış üzrə direktor” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.