Satış üzrə menecer (Daşınmaz əmlak sahəsi)

  • Deadline 5 Dekabr 2026

İş şəraiti

  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: Tam ştat
  • İş qrafiki: 5 günlük iş həftəsi

Vəzifə haqqında

  • Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətimiz satış komandasına qoşulmaq üçün təcrübəli və nəticəyönümlü Satış üzrə menecer axtarır.
  • Namizəd yaşayış komplekslərinin və daşınmaz əmlak layihələrinin satışının təşkili, potensial müştərilərin cəlb edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və satış prosesinin uğurla idarə olunmasına cavabdeh olacaq.

Əsas vəzifə və öhdəliklər

  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Yaşayış komplekslərinin və daşınmaz əmlak layihələrinin müştərilərə təqdim edilməsi;
  • Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun mənzil təkliflərinin hazırlanması;
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması;
  • Müştərilərlə görüşlərin və danışıqların təşkili və aparılması;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Müəyyən edilmiş satış hədəflərinin (KPI) yerinə yetirilməsi;
  • CRM sistemində müştəri məlumatlarının və satış prosesinin qeydiyyatının aparılması;
  • Daşınmaz əmlak bazarının və rəqib layihələrin araşdırılması;
  • Müntəzəm satış hesabatlarının hazırlanması.

Namizədə dair tələblər

  • Ali təhsil;
  • Daşınmaz əmlak sahəsində satış üzrə minimum 2 il iş təcrübəsi;
  • Yaşayış komplekslərinin və mənzillərin satış prosesi haqqında biliklər;
  • Daşınmaz əmlak bazarı və satış prinsipləri üzrə məlumatlılıq;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Müştərilərlə effektiv işləmək bacarığı;
  • Satış hədəflərinə çatmaq və nəticəyönümlü işləmək bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi arzuolunandır;
  • Komandada işləmək və operativ qərarlar qəbul etmək bacarığı.

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst;
  • Rus dili – yaxşı səviyyədə;
  • İngilis dili – yaxşı səviyyədə olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily12
  • Weekly577
  • Monthly578