C Company

Company

Other

Sənaye Alpinisti

  • Deadline 27 October 2025

Təsvir:

  • Rəhbərlik tərəfindən təsdiq edilmiş gündəlik iş planına uyğun olaraq fəaliyyət göstərmək;
  • Yüksəklikdə binaların şüşə və fasadlarının təmizlənməsi zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Binaların dam örtüyünü, şüşələrini, pəncərələrini, plafonlarını və işıqlandırma sistemlərini təmizləmək;
  • Təhlükəli işlərin icrası zamanı maksimum diqqət və məsuliyyət nümayiş etdirmək;
  • Təmizləmə prosesi zamanı hər hansı qüsur və ya nasazlıq aşkar edildikdə, bu barədə dərhal rəhbərliyə məlumat vermək.

Tələblər:

  • Orta təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis;
  • Müvafiq sahədə 1 illik iş təcrübəsi;
  • Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
  • Komandada İşləmə Bacarığı.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük (09.00-18.00);
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily116
  • Weekly349
  • Monthly1919