İş barədə məlumatlar:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi;
- Tapşırığa əsasən proqram təminatı və proqram modullarının tərtibatı;
- Qüsurların təhlili və aradan qaldırılması;
- Yeni tələblərin kodlaşdırılması və idarə edilməsi, yeniliklərin davam edən fəaliyyətlərə tətbiqi
Namizədə tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, kompüter elmləri və ya digər əlaqəli təhsil sahələr üzrə);
- JavaScript üzrə minimum 4 il iş təcrübəsi;
- Vue.js / Nuxt.js ilə 3 ildən artıq təcrübə (Vue 2, Vuex daxil olmaqla)
- HTML, CSS, SCSS üzrə yüksək səviyyədə biliklər (Adaptiv və responsiv dizayn prinsipləri haqqında biliklər)
- “Git” versiya idarəetmə sistemi ilə işləmək bacarığı;
- Node.js / Express.js bilikləri (üstünlük sayılır)
- Ümumi alqoritm qurma bacarığı;
- Azərbaycan dili, İT sahəsi üzrə ingilis dil biliyi;
- Fəaliyyət istiqamətinə aid olan məlumatları əldə etmək bacarığı;
- Məsuliyyətlik və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Komandada işləmə bacarığı.
Əlavə qeydlər:
- 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək
Namizədlərdən CV-ni “Senior Front-end Developer” mövzusu ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.