C Company
  • 1.2K

Company

Digər

SƏTƏM Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM Meneceri

  • Deadline 28 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili, iş yerlərinin və istehsalat avadanlıqlarının təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə uyğunluğunun attestasiyası və sertifikatlaşdırılması, nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkil və təmin edilməsi, həmçinin müvafiq təlimlərin təmin edilməsində məsləhətlər vermək;
  • Zərərli və təhlükəli istehsal amillərinin təsirindən mühafizə vasitələrinin daha təkmil layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi.
  •  Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
  • Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin etmək;
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
  • Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək və fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün tədbirlər təklif etmək;
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; 
  • Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
  • Şöbə işçilərinin idarə edilməsi: tapşırıqların bölüşdürülməsi, nəzarət, SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək;

Tələb olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil
  • Beynəlxalq standartlara (NEBOSH / IOSH) malik olması.
  • Menecer olaraq minimum 3 il iş təcrübəsi (Neft-Qaz sektorunda təcrübəsi olan şəxslərə üstünlük verilir);
  • Təhlükəsizlik, əmək və ətraf mühit üzrə qanunvericilik və tənzimləmələr haqqında bilik;
  • Təlim keçmə və maarifləndirmə bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Yaxşı ünsiyyət və təşkilati bacarıqlar;
  • Azərbaycan dili / İngilis dili - səlis;

Uyğun namizədlərdən,  CV-lərini, elektron poçt ünvanına “mövzu” hissəsində vakansiyanın adını SƏTƏM Meneceri yazaraq göndərmələrini xahiş edirik.

  • Daily10
  • Weekly537
  • Monthly1672