C Company
  • 194

Company

Digər

Smeta mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Smeta mühəndisi

  • Deadline 24 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Smeta mühəndisi tikinti və layihə işləri üzrə maliyyə və texniki smetaların hazırlanmasına cavabdeh olan mütəxəssisdir. O, layihənin material, əmək və texnika xərclərini hesablayır, normativ sənədlərə əsaslanaraq smeta sənədlərini tərtib edir və onların düzgünlüyünə nəzarət edir. Həmçinin tender sənədlərinin hazırlanmasında iştirak edir və layihə büdcəsinin optimallaşdırılmasına töhfə verir.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün işçilik, tikinti materiallarını və tikintiyə sərf olunan xərcləri qiymətləndirir;
  • Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlayır;
  • Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahələri ziyarət edir;
  • Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə əlaqə saxlayır və danışıqlar aparır;
  • Müqavilə təklifləri, layihələr və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlayır;
  • Tender prosedurları ilə bağlı məsləhətlər verir, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak edir;
  • Xərclərin izlənməsi, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak edir.

Tələblər:

  • Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər aidiyyatı ixtisas);
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən smeta mühəndisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
  • MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi;
  • Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar; 
  • Ezamiyyətə ehtiyac yarandıqda gedə bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily12
  • Weekly621
  • Monthly2483