İşin təsviri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcədə işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
- Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
- Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
- Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
- Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
- Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
- Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimalqiymətə yerinə yetirilməsi üçün təkliflərinverilməsi;
- Ümumtikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki,su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi;
Tələblər:
- Ali təhsil (İnşaat və oxşar sahələrdə)
- Müvafiq sahə üzrə smeta mühəndisi kimi minimum 5 il iş təcrübəsi
- Excel, Power Point və AUTOCAD üzrə biliklər
- Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
- İşə planlı yanaşması
- Detallara diqqət yetirməli
- Fəal olması
- Ezamiyyə imkanları
- Sürücülük vəsiqəsi, kateqoriyası B
İş şəraiti:
- 6 günlük
- İstirahət bazar
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən mail ünvanına cv ilə müraciət edə bilərlər.