SMM və Target Mütəxəsisi

  • Истекает 19 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza sosial media hesablarının idarə olunması və hədəfli reklamların qurulması üzrə təcrübəli SMM mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin Instagram və digər sosial media hesablarının idarə olunması;
  • Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin təşkili;
  • Post, Reels və Stories formatlarında kontent ideyalarının hazırlanması;
  • Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun yaradılması;
  • Mətnlərin (copywriting) hazırlanması və vizual kontentin tərtib edilməsi;
  • Canva və CapCut kimi proqramlardan istifadə etməklə vizualların və qısa videoların hazırlanması;
  • Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması;
  • Hədəf auditoriyasının düzgün müəyyənləşdirilməsi və auditoriyaların seqmentləşdirilməsi;
  • Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili;
  • Sosial media hesablarının inkişafı, müraciətlərin və potensial müştərilərin sayının artırılması;
  • Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması.

Namizədə tələblər

  • SMM sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Meta Ads Manager üzrə praktiki bilik və təcrübə;
  • Facebook və Instagram üçün reklam kampaniyalarını müstəqil qurmaq və idarə etmək bacarığı;
  • Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı;
  • Canva və CapCut proqramları ilə işləmək bacarığı;
  • Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək;
  • Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı; 
  • Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük.

​​​​​​​​​​​​​​Üstünlük veriləcək

  • Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi;
  • Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı;
  • Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə.

İş şərtləri

  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq.
  • İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.

CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

  • Daily27
  • Weekly159
  • Monthly1583