Yeni yaradılacaq şokalad istehsalı müəssisəmiz üçün təcrübəli və yaradıcı Texnoloq axtarırıq.
Vəzifə öhdəlikləri:
- Şokalad və şokalad məhsullarının reseptlərinin hazırlanması və təkmilləşdirilməsi
- İstehsal prosesinin qurulması və nəzarətdə saxlanılması
- Xammal seçimi və keyfiyyətə nəzarət
- Yeni məhsul növlərinin hazırlanması və test edilməsi
- Gigiyena və istehsal standartlarına uyğunluğun təmin edilməsi
Tələblər:
- Qida mühəndisliyi və ya əlaqəli sahə üzrə təhsil
- Şokalad və ya qənnadı istehsalı sahəsində təcrübə üstünlükdür
- İstehsal prosesləri və texnologiyalar barədə bilik
- Yenilikçi düşüncə və məhsul inkişafına maraq
- Komanda ilə işləmə bacarığı
Təklif edirik:
- Yeni və perspektivli layihədə iştirak imkanı
- Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur)
- Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi - 055 799 48 97