“Strategiya və layihələrin idarə olunması departamentinin direktoru” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Vəzifə öhdəlikləri:
- Müəssisənin strateji inkişaf planlarının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Korporativ strategiyanın həyata keçirilməsi üzrə fəaliyyətlərin koordinasiyasını təmin etmək;
- Strateji təşəbbüs və layihələrin planlaşdırılması, monitorinqi və nəticələrinin qiymətləndirilməsini təşkil etmək;
- Layihələrin büdcə, vaxt və resurs planlamasına nəzarət etmək;
- Fəaliyyət göstəricilərinin təhlili əsasında performansın qiymətləndirilməsini həyata keçirmək;
- Dataların analiz olunması və biznes təhlilləri əsasında rəhbərliyə hesabatlar hazırlamaq;
- Risklərin idarə olunması və layihə portfelinin optimallaşdırılması üzrə tədbirlər hazırlamaq;
- Strateji və əməliyyat hədəflərinin icra vəziyyətini mütəmadi monitorinq etmək;
- Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək və hesabatlılığı təmin etmək.
Tələblər:
- İqtisadiyyat, idarəetmə, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Minimum 5 il müvafiq, 3 il rəhbər vəzifədə iş təcrübəsi;
- Strateji planlama və layihələrin idarə olunması sahəsində təcrübə;
- Data analitikası və hesabatlılıq üzrə biliklər;
- Kənd təsərrüfatı və meyvə-tərəvəz sektorunda iş təcrübəsi üstünlükdür;
- Layihə idarəetmə metodologiyaları üzrə biliklər;
- Excel, Power BI və təqdimat proqramları ilə işləmə bacarığı;
- Analitik düşünmə və liderlik bacarıqları;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək.
İş rejimi:
- 5 günlük iş qrafiki;
- İş saatı 09:00-18:00.
CV-lərinizi mövzu hissəsində “Strategiya və layihələrin idarə olunması departamentinin direktoru” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!