Təchizat və təsərrüfat şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat və təsərrüfat şöbəsinin rəhbəri

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öz fəaliyyət sahəsində lider mövqeyə malik, 4 fərqli filial üzrə fəaliyyət göstərən şirkət Təchizat və təsərrüfat şöbəsinin rəhbəri vəzifəsinə peşəkar və təcrübəli namizəd axtarır.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
  • Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər;
  • Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Şirkətin və filialların təchizat ehtiyaclarını müəyyənləşdirmək, satınalma və təchizat proseslərini planlaşdırmaq və koordinasiya etmək;
  • Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, qiymət və keyfiyyət baxımından optimal təkliflərin seçilməsini təmin etmək;
  • Təchizatçı və podratçı şirkətlərlə danışıqlar aparmaq, kommersiya təkliflərini qiymətləndirmək, görüşləri təşkil etmək və müqavilələrin bağlanması prosesini koordinasiya etmək;
  • Effektiv satınalma və tədarük mexanizmlərinin tətbiqi vasitəsilə tələb olunan keyfiyyəti qorumaqla şirkətin xərclərinin optimallaşdırılmasını təmin etmək;
  • Tender proseslərini təşkil etmək, daxil olan təkliflərin müqayisəli təhlilini aparmaq və seçim prosesini koordinasiya etmək;
  • Alınan məhsul və xidmətlərin qiymətinə, keyfiyyətinə, miqdarına və vaxtında təhvil verilməsinə nəzarət etmək;
  • Müqavilə, hesab-faktura, çek, təhvil-təslim aktları və digər aidiyyəti sənədlərin düzgün dövriyyəsini təmin etmək, müvafiq sənədlərin Maliyyə şöbəsinə vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Maliyyə, anbar və digər struktur bölmələri ilə təchizat və təsərrüfat fəaliyyəti üzrə effektiv əməkdaşlığı təşkil etmək;
  • Şirkətin maddi-texniki bazasına, inventarlarına və təsərrüfat avadanlıqlarına sistemli nəzarəti təmin etmək, onların qorunmasını və düzgün istifadəsini təşkil etmək;
  • Yararsız və ya istifadə müddəti başa çatmış inventarların müəyyən edilmiş prosedurlara uyğun silinməsi və inventar siyahısından çıxarılması prosesini təşkil etmək;
  • Təsərrüfat heyətinin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Təchizat və təsərrüfat fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Təchizat, satınalma və/və ya təsərrüfat idarəçiliyi sahəsində, o cümlədən analoji vəzifədə minimum 4 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • 1C və MS Office proqramlarında işləmək bacarığı, xüsusilə MS Excel üzrə yaxşı biliklər;
  • Satınalma, təchizatçıların idarə edilməsi və müqavilələrlə iş üzrə praktiki biliklər;
  • Güclü analitik düşüncə, planlaşdırma və qərarvermə bacarığı;
  • Danışıqlar aparmaq və kommersiya təkliflərini müqayisəli şəkildə qiymətləndirmək bacarığı;
  • Yüksək təşkilatçılıq, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Güclü ünsiyyət və komanda idarəetmə bacarıqları;
  • Eyni zamanda bir neçə filial üzrə prosesləri koordinasiya etmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat və təsərrüfat şöbəsinin rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily80
  • Weekly302
  • Monthly188