Təchizat Zənciri Meneceri

  • Deadline 16 November 2026

Təsvir

Təchizatın planlaşdırılması və proqnozlaşdırılması

  • Şirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və mütəmadi olaraq təkmilləşdirmək;
  • Satış, layihə və servis departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar hazırlamaq;
  • Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik mövqelər üzrə ehtiyat planları müəyyən etmək.

Satınalma və təchizatçıların idarə edilməsi

  • Təchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi və sistemə cəlb edilməsi (onboarding);
  • Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi;
  • Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının izlənməsi;
  • Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi;
  • Təchizatçıların fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak;
  • Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından təhlili.

İdxal, gömrük və sənədləşmə

  • Malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə koordinasiya;
  • İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin — lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi;
  • Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.) düzgün rəsmiləşdirilməsinə nəzarət;
  • Gömrük qanunvericiliyində dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası;
  • Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə saxlanması.

Logistika və nəqliyyat

  • Beynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş şərtlərinin müəyyən edilməsi;
  • Optimal marşrut, nəqliyyat növü və Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması;
  • Logistik proqnozların və planların hazırlanması;
  • Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət;
  • Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf çatdırılması üçün daxili logistika proseslərinin qurulması.

Anbar və ehtiyatların idarə edilməsi

  • Anbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə nəzarət;
  • Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərinin standartlaşdırılması;
  • Ehtiyatların mütəmadi inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin edilməsi;
  • Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin (min/max stock) müəyyən edilməsi;
  • Hərəkətsiz və ləng hərəkət edən ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi;
  • Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə riayət olunmasına nəzarət.

Büdcə, xərclər və hesabatlıq

  • Təchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına nəzarət;
  • Satınalma və logistika xərclərinin təhlili, xərclərin azaldılması üzrə təkliflərin hazırlanması;
  • Rəhbərlik üçün mütəmadi analitik hesabatların hazırlanması və təqdim edilməsi.

Risklərin idarə edilməsi və sığorta

  • Təchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması, valyuta riski və s.) müəyyən edilməsi və azaldılması;
  • Avadanlıq, mal və materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili;
  • Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə olunması.

Proseslərin təkmilləşdirilməsi

  • Satınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və optimallaşdırılması;
  • Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi;
  • ERP sistemində təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi;
  • Proseslərdə dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi.

Tələblər

Təhsil və iş təcrübəsi

  • Ali təhsil — Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Beynəlxalq İqtisadi Münasibətlər, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə üstünlükdür;
  • İxtisas üzrə və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
  • Texniki avadanlıq, tikinti və ya sənaye sahəsində təchizat təcrübəsi üstünlükdür.

Peşəkar biliklər

  • Beynəlxalq və daxili daşımalar sahəsində qanunvericiliyin bilinməsi və beynəlxalq daşıyıcılarla iş təcrübəsi;
  • Gömrük qanunvericiliyinin bilinməsi və gömrük orqanları ilə praktiki iş təcrübəsi;
  • İcazə və lisenziyaların alınması prosesinin bilinməsi;
  • Nəqliyyat və yükdaşıma sənədlərinin rəsmiləşdirilməsi prosesinin bilinməsi;
  • Incoterms şərtlərinin bilinməsi;
  • Sənəd dövriyyəsinin əsaslarının bilinməsi;
  • Ehtiyatların idarə edilməsi metodikaları üzrə bilik.

Texniki bacarıqlar

  • MS Office proqramları üzrə yüksək səviyyədə bilik
  • ERP sistemlərində iş təcrübəsi;
  • Analitik hesabatların hazırlanması bacarığı.

Dil bilikləri

  • Azərbaycan dili — əla;
  • İngilis dili — peşəkar səviyyədə (yazılı və şifahi);
  • Rus dili — peşəkar səviyyədə (yazılı və şifahi);

Şəxsi və peşəkar keyfiyyətlər

  • Analitik və sistemli təfəkkür;
  • Danışıqlar aparmaq və problemləri həll etmək bacarığı;
  • Planlaşdırma və prioritetləşdirmə bacarığı, eyni anda bir neçə prosesi idarə etmək qabiliyyəti;
  • Detallara diqqət və yüksək məsuliyyət hissi;
  • Müstəqil işləmə bacarığı, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Komanda ilə səmərəli işləmə və şöbələrarası kommunikasiya bacarığı.

Beynəlxalq sertifikatlar (üstünlükdür)

  • Beynəlxalq sertifikatlardan hər hansı birinin olması namizədin əlavə üstünlüyü kimi qiymətləndiriləcək:

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Parking və yanacaq xərcləri
  • Könüllü tibbi sığorta
  • korporativ nömrə ilə təmin olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily125
  • Weekly566
  • Monthly1414