Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

  • Истекает 10 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir;
  • Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur;
  • Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir;
  • Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;
  • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Orta və kişik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir;
  • Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir;
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
  • Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir;
  • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar peşəkar səviyyədə və vaxtında icra edir;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır;
  • Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;
  • Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily28
  • Weekly37
  • Monthly621