İş şəraiti
- Əmək haqqı: 900 AZN (net)
- Nahar: Otel tərəfindən təmin edilir
- İş yeri: Qış parkının yaxınlığı
- İş qrafiki: Tam iş günü
Vəzifələr:
- Təmizlik şöbəsinin gündəlik fəaliyyətlərini təşkil etmək, effektiv idarəetməni təmin etmək
- İşçilərin iş qrafiklərini hazırlamaq, iş bölgüsünü həyata keçirmək və iş prosesinə nəzarət etmək
- Otaqların və ümumi ərazilərin təmizlik standartlarına tam uyğunluğunu təmin etmək, keyfiyyət yoxlamaları aparmaq
- Təmizliklə bağlı yaranan hər hansı problemləri vaxtında aşkar edib həll etmək
- Gündəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək
- Yeni işçilərin təlimatlandırılması, onların işə adaptasiyasına dəstək olmaq, heyətin peşəkar bacarıqlarının artırılmasını təmin etmək
- İşçi heyətinin motivasiyasını artırmaq və yüksək iş performansını qorumaq üçün müvafiq tədbirlər görmək
Tələblər:
- Housekeeping və ya əlaqədar sahədə rəhbər vəzifədə ən az 1 il iş təcrübəsi
- Komanda idarəetmə bacarığı və məsuliyyətli, təşəbbüskar yanaşma
- Yüksək təşkilati bacarıqlar və effektiv kommunikasiya qabiliyyəti
- Təmizlik standartları, prosedurları və sanitariya qaydaları barədə dərin bilik
- Problemləri vaxtında müəyyən edib operativ şəkildə həll etmək bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
- İngilis dilini bilmək
Təklif edirik:
- Stabil əmək haqqı və rahat iş qrafiki
- Nahar otel tərəfindən təmin edilir
- Peşəkar iş mühiti və komanda dəstəyi
- İş yerində təlim və inkişaf imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsindəki formu dolduraraq müraciət edə bilərlər.