İş şəraiti
- Əmək haqqı: 750 AZN (net)
- Nahar: Otel tərəfindən təmin edilir
- İş yeri: Qış parkının yaxınlığı
- İş qrafiki: Tam iş günü
Vəzifələr:
- Housekeeping əməkdaşlarının gündəlik işlərinin təşkilində Housekeeping Supervisor-a dəstək olmaq
- Otaqların və ümumi sahələrin təmizliyini şirkət standartlarına uyğun olaraq yoxlamaq
- Yeni komanda üzvlərinə iş prosesini izah etmək və adaptasiyada yardımçı olmaq
- Gün ərzində tapşırıqların düzgün yerinə yetirilməsinə nəzarət etmək
- Qonaq sorğularını və kiçik şikayətləri operativ şəkildə həll etmək və lazım olduqda Supervisor-a yönləndirmək
- Təmizlik vasitələrinin və avadanlıqların düzgün istifadəsinə və mövcudluğuna nəzarət etmək
- Gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Günün sonunda görülən işlər barədə qısa məlumatı Housekeeping Supervisor və ya Housekeeping Manager-a təqdim etmək
Tələblər:
- Minimum 1–2 il Housekeeping sahəsində təcrübə (Team Leader təcrübəsi üstünlükdür)
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı
- Yaxşı ünsiyyət və təşkilatçılıq bacarığı
- Fiziki iş yükünə uyğunluq
- Detallara diqqətlilik və operativ qərarvermə bacarığı
- İngilis dili bilikləri üstünlükdür
Təklif edilənlər:
- Peşəkar inkişaf və təlim imkanları
- Rahat və stabil iş mühiti
- Şirkət daxilində karyera yüksəlişi şansı
Maraqlanan namizədlər Müraciət et düyməsindəki formu dolduraraq müraciət edə bilərlər.