C Company
  • 265

Company

Other

Təmizlikçi/ Housekeeping

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təmizlikçi/ Housekeeping

  • Deadline 17 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Dil bilikləri: Azərbaycan dili, (ingilis və rus dili arzuolunandır);
  • Təcrübə: Otel təcrübəsinin olması üstünlükdür;
  • Şəxsi keyfiyyətlər: Cəld, təmiz və səliqəli olması; Komandada işləmək bacarığı, gülərüzlü olması;

Vəzifə öhdəlikləri:

  • Qonaq otaqlarını otel standartlarına uyğun olaraq təmizləmək;  
  • İtmiş və zədələnmiş əşyalar haqqında xəbər vermək;
  • Çirkli döşək ağlarını dəyişmək;
  • Otaqların cari status hesabatını yoxlamaq və təsdiqləmək;
  • Otaqlardakı nöqsanlar haqqında xəbər vermək;
  • Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək;
  • Əl arabasını təmizləmək və qablaşdırmaq;
  • Əməliyyat avadanlıqlarını yoxlamaq və təmizləmək.

İmtiyazlar:  

  • Nahar və forma şirkət tərəfindən təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şəraiti:

  • İş yeri: Regal Inn Badamdar Hotel;
  • İş qrafiki: 6/1;
  • Əmək haqqı: 600-650 azn+tips;
  • İş vaxtı: 2 növbə (09:00-dan 18:00-dək ve ya 10:00-dan 19:00-dək).

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994503788133 whatsapp-a göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily0
  • Weekly428
  • Monthly2174