Texniki ofis meneceri (İnşaat)

  • Истекает 16 октябрь 2026

Vəzifə Öhdəlikləri

  • Kommersiya və texniki ofis funksiyalarını idarə etmək, komandanın iş bölgüsünü və departament üzrə iş proseslərinin effektiv təşkilini təmin etmək.
  • Şirkətin strateji məqsədlərinə uyğun olaraq daxil olan tenderlərin texniki, kommersiya və müqavilə baxımından qiymətləndirilməsini təşkil etmək.
  • Tender sənədlərini, texniki spesifikasiyaları, BOQ, çertyojları, müqavilə şərtlərini və digər aidiyyəti sənədləri təhlil etmək.
  • Tenderlər üzrə iş həcmlərinin (quantity take-off), qiymət hesablamalarının, resurs və material ehtiyaclarının düzgün müəyyənləşdirilməsinə nəzarət etmək.
  • Tender qiymət təkliflərinin və kommersiya təkliflərinin hazırlanmasına rəhbərlik etmək, hesablamaları yoxlamaq və yekun təkliflərin hazırlanmasını təmin etmək.
  • Subpodratçı və təchizatçılardan daxil olan texniki və kommersiya təkliflərini qiymətləndirmək, müqayisəli analizlər aparmaq və danışıqlarda iştirak etmək.
  • Tenderlər üzrə texniki və kommersiya risklərini müəyyənləşdirmək, təhlil etmək və rəhbərliyə təqdim etmək.
  • Layihə çertyojlarını, shop drawing-ləri, as-built çertyojlarını, material təqdimatlarını və method statement-ləri nəzərdən keçirmək və texniki ofisin fəaliyyətinə nəzarət etmək.
  • Layihələrin texniki həllərinin, spesifikasiyalarının və iş metodlarının müqavilə, layihə tələbləri, müvafiq standartlar və normativ sənədlərə uyğunluğunu təmin etmək.
  • Texniki ofis tərəfindən hazırlanmış həcm cədvəllərinin, texniki hesablamaların və layihə sənədlərinin yoxlanılmasını təşkil etmək.
  • Mühəndislik işlərinin layihə qrafikinə və müqavilə tələblərinə uyğunluğuna nəzarət etmək.
  • Layihələrin icrası zamanı variasiyalar, dəyişikliklər, əlavə işlər və claims üzrə texniki və kommersiya qiymətləndirmələrinin aparılmasını təmin etmək.
  • Aylıq iş həcmlərinin təsdiqi üçün Forma 1, 2 və 3-ün hazırlanmasına və yoxlanılmasına nəzarət etmək.
  • Müqavilə öhdəliklərinin, kommersiya şərtlərinin, ödəniş mexanizmlərinin və potensial müqavilə risklərinin izlənilməsini təmin etmək.
  • Layihə dizaynerləri, müştəri nümayəndələri, subpodratçılar, təchizatçılar, dövlət qurumları və digər aidiyyəti tərəflərlə texniki və kommersiya məsələləri üzrə koordinasiya aparmaq.
  • Satınalma şöbəsi ilə material spesifikasiyaları, texniki uyğunluq, təchizatçı qiymətləndirmələri və kommersiya təklifləri üzrə əməkdaşlıq etmək.
  • Layihə büdcələrinin, cost plan-ların, tender qiymətlərinin və faktiki xərclərin təhlilində iştirak etmək.
  • Tender bazarını, tikinti qiymətlərini, material və əmək xərclərini, subpodratçı və təchizatçı bazarını izləmək.
  • Departament üzrə texniki, tender və kommersiya sənədlərinin düzgün, sistemli və məxfi şəkildə idarə olunmasını təmin etmək.
  • Rəhbərliyə tenderlər, layihələrin texniki vəziyyəti, kommersiya riskləri və departamentin fəaliyyəti üzrə mütəmadi hesabatlar təqdim etmək.
  • Departament əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişafını dəstəkləmək və effektiv komanda idarəçiliyini təmin etmək.

Tələblər və bacarıqlar

  • İnşaat mühəndisliyi, memarlıq, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Tikinti sektorunda tender, kommersiya və texniki ofis sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 3-5 il rəhbər vəzifədə təcrübə.
  • Böyükhəcmli tikinti layihələri üzrə tenderlərin hazırlanması, texniki qiymətləndirilməsi və kommersiya idarəçiliyi sahəsində təcrübə.
  • Texniki ofisin idarə edilməsi, layihə sənədlərinin, BOQ, shop drawing, as-built və material submittal-ların nəzərdən keçirilməsi üzrə praktiki təcrübə.
  • Quantity take-off, cost estimation, pricing və rate analysis üzrə geniş bilik.
  • Tikinti müqavilələri, FIDIC, variasiyalar, claims və müqavilə risklərinin idarə olunması üzrə bilik.
  • Subpodratçı və təchizatçıların texniki və kommersiya təkliflərinin qiymətləndirilməsi və danışıqların aparılması üzrə təcrübə.
  • Güclü analitik düşüncə və kommersiya/texniki məlumatları təhlil etmək bacarığı.
  • Güclü liderlik, komanda idarəetməsi, danışıqlar və problem həll etmə bacarıqları.
  • Eyni vaxtda bir neçə layihə və prioriteti idarə etmək bacarığı.
  • Detallara yüksək diqqət, dəqiqlik və uyğunluğa fokuslanma.
  • MS Office, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
  • Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə; rus dili – üstünlükdür.

Əmək şəraiti

  • İş cədvəli: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00–18:00
  • Könüllü tibbi sığorta

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily5
  • Weekly641
  • Monthly1732