C Company
  • 254

Company

Other

Tikinti sahə rəisi (Qarabağ)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti sahə rəisi (Qarabağ)

  • Истекает 11 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək haqqı: Qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.

İş yeri: Qubadlı rayonu, Qarabağ zonası 

Vəzifə öhdəlikləri:

  • Sahədə tikinti-quraşdırma işlərinə, istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
  • Tikinti-quraşdırma işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir;
  • Tikinti-quraşdırma işlərinin kompleks mexanikləşdirilməsi, tikinti-quraşdırma işlərinin əmək tutumunun və maya dəyərinin aşağı salınmasını təmin edir;
  • Sahənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil edir;
  • Tikinti sahəsinin (meydançasının) planının formalaşması üçün işlər toplusunun tərkibini hazırlayır;
  • Sahədə material, konstruksiya detalların daxil olması haqqında gündəlik operativ məlumatların toplanmasını, rəhbərliyə və müvafiq xidmətlərə çatdırılmasını təşkil edir;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib edir və onların yerinə yetirilməsinə nəzarət edir;
  • İş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Sahənin obyektlərində işləyən subpodrat şirkətlərin fəaliyyətini əlaqələndirir və onlardan icra olunan işləri qəbul edir;
  • Başa çatmış işləri sifarişçiyə təhvil verir, obyektlərin istismara verilməsində iştirak edir.
  • Mexanizasiya, nəqliyyat, materiallara və digər məqsədlərə sərf edilmiş xərclərə nəzarəti təşkil edir;
  • Sahə işçilərinin seçilməsi, yerləşdirilməsi və onlardan məqsədəuyğun istifadə edilməsi işini yerinə yetirir;
  • Briqadaların say və peşə-ixtisas tərkibinin komplektləşdirilməsi üzrə işdə iştirak edir;
  • Sahədə iş yerlərinin attestasiyası üzrə komissiyanın işini təşkil edir;
  • Sahə anbarı və alətlər təsərrüfatını təşkil edir;
  • Sahədə müntəzəm olaraq xüsusi baxış keçirir, fəhlələrin əmək şəraitini yoxlayır və aşkar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görür;
  • Mühəndis-texniki işçilər, briqadirlər və əməyin mühafizəsi üzrə əməkdaşlarla təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulması nəticəsində yaranmış halların araşdırmaları haqqında iş aparır. Fəhlələrin istehsalat və əmək intizamına riayət etməsinə nəzarət edir;
  • Cəmiyyətin rəhbərliyinə, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək-intizamını pozanlara isə intizam tənbehlərinin verilməsi haqqında təkliflər təqdim edir;

Namizədə olan tələblər 

  • Ali inşaat təhsili.
  • Minimal 5 il iş təcrübəsi;

İş şəraiti 

  • 6 günlük iş rejimi
  • Yaşayış yeri ilə təmin olunma
  • Naharla təminat;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçt ünvanına  (“Tikinti sahə rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.

  • Daily135
  • Weekly292
  • Monthly906