Komandamıza TikTok və Instagram platformalarında aktiv fəaliyyət göstərəcək, kamera qarşısında sərbəst danışa bilən və satış bacarığı olan mütəxəssis axtarırıq.
Əsas vəzifələr
- TikTok və Instagram üzərindən canlı yayımlar keçirmək;
- Canlı yayımlar və videolar vasitəsilə məhsul təqdim etmək;
- Müştərilərlə aktiv ünsiyyət qurmaq və suallarını cavablandırmaq;
- Məhsul və xidmətlərin satışını həyata keçirmək;
- Sosial media trendlərini izləmək və kontent ideyaları yaratmaq;
- Satış nəticələrinə fokuslanmaq.
Namizədə tələblər
- Enerjili, pozitiv və ünsiyyətcil olmaq;
- TikTok və Instagram platformalarının əsas alətlərini və trendlərini bilmək;
- Məsuliyyətli və komandada işləməyi bacarmaq.
- Yaş həddi: 21–35 yaş
- Cins: Xanım və bəy namizədlər müraciət edə bilər.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 gün
- İş saatları: 14:00 – 18:30
- İş formatı: Part-time
- Sabit əməkhaqqı: 400 AZN + satış bonusları
- Ünvan: Bakı, Nərimanov rayonu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.