C Company
  • 144

Company

Digər

Trade-Marketinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Trade-Marketinq üzrə mütəxəssis

  • Deadline 13 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza strateji düşünən, nəticəyönümlü və liderlik bacarıqlarına malik Trade-Marketinq üzrə mütəxəssis axtarırıq. ​

Vəzifə öhdəlikləri: 

  • Trade-marketing aksiyalarının (endirimlər, hədiyyələr, bundles, xüsusi təkliflər) hazırlanması, həyata keçirilməsi və tamamlanması, müxtəlif satış kanallarına (pərakəndə, salonlar, distribyutorlar, onlayn) uyğunlaşdırılması.
  • İllik və rüblük trade-planların hazırlanması, aksiyaların vaxtında həyata keçirilməsinə nəzarət.
  • Satış şöbəsi ilə əməkdaşlıq edərək satış həcminin və orta çekin artırılması; satışçı və tərəfdaşlar üçün motivasiya proqramları və təkrar alışlar üçün mexanizmlərin hazırlanması.
  • POS-materialların planlanması, yerləşdirilməsi və kommersiya avadanlığının pərakəndə satış nöqtələrində quraşdırılmasına nəzarət.
  • Trade-aktivliklərin effektivliyinin analizi (ROI, satış artımı, əhatə), SKU, kateqoriya və region üzrə satış analizi, hesabatların hazırlanması və optimizasiya təkliflərinin verilməsi.
  • Maliyyə, büdcə və layihə hesabatlarının aparılması.
  • Zədələnmiş avadanlıqlar üzrə iddiaların hazırlanması və qüsurlu aktivlərin vaxtında silinməsinin təmin edilməsi.
  • Pərakəndə satış nöqtələrində sahə yoxlamalarının aparılması və aksiyaların icrası ilə effektivliyin qiymətləndirilməsi.
  • Digital-marketing və SMM ilə əməkdaşlıq, reklam materialları üçün TƏ hazırlamaq, aksiyalar üçün kommunikasiya mesajlarının hazırlanmasında iştirak.
  • Əsas tərəfdaşlarla iş, birgə aksiyalar üzrə danışıqlarda iştirak və razılaşmaların yerinə yetirilməsinə nəzarət.

Tələblər

  • Trade-marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi (beauty və ya FMCG sahəsində arzuolunandır);
  • Pərakəndə satış, şəbəkə müştərilər və salonlar ilə iş təcrübəsi;
  • Aksiya planlaşdırılması, POSM və merçendayzinq üzrə praktiki biliklər;
  • Analitik düşüncə, satış məlumatlarının təhlili və əsas ROI hesablamalar ilə  bacarığı;
  • Microsoft Office proqramları və marketinq alətləri (sosial media platformaları, e-poçt marketinq proqramları, analitik vasitələr, dizayn alətləri) ilə tanışlıq.
  • Dillər:Azərbaycan dili,rus dili — əla səviyyədə,ingilis dili — pre-intermediate səviyyəsində (Avropa səfərləri ilə əlaqədar).

Şəxsi keyfiyyətlər:

  • Sistemli və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət və koordinasiya bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmaq.
  • Çoxsaylı tapşırıqları eyni vaxtda idarəetmə və prioritetləşdirmə bacarığı

İş şəraiti: 

  • 5 günlük iş qrafiki, 09:00-18:00
  • Əmək haqqı 2000-3000 Azn
  • KPI-lara əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və beynəlxalq təcrübə imkanı;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily128
  • Weekly382
  • Monthly1169