İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Müsahibə əsasında
İşin təsviri:
Yeni qurulan travel agentliyin strategiyasının formalaşdırılması, xidmətlərin təşkili və satış prosesinin tam idarə olunması. Komandanın qurulması və idarə olunması, əməkdaşlıqların yaradılması və ümumi biznesin inkişafına rəhbərlik.
Əsas vəzifələr:
- Travel agentliyin fəaliyyətinin sıfırdan təşkili və idarə olunması
- Turizm məhsullarının hazırlanması və bazara çıxarılması
- Komandanın formalaşdırılması, təlimi və idarə olunması
- Otellər, aviaşirkətlər və digər partnyorlarla əməkdaşlıqların qurulması
- Marketinq strategiyasının hazırlanması və icrası
- Gəlir və xərclərin idarə olunması, aylıq və illik hesabatların hazırlanması
- Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin nəzarətdə saxlanması
Namizəddən tələblər:
- Turizm və ya biznes sahəsində ali təhsil
- Minimum 3 illik turizm və ya satış sahəsində idarəçi təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır
- Komanda idarəetməsi və strateji düşüncə qabiliyyəti
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Yaxşı təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı
Biz təklif edirik:
- Yeni layihənin rəhbəri olmaq fürsəti
- İnkşaf etmək və öz komandana rəhbərlik etmək imkanı
- Geniş şəbəkə qurmaq üçün mühit və dəstək
Müraciət üçün:
CV-nizi və motivasiya məktubunuzu Müraciət et butonunda qeyd olunan ünvanına göndərməyiniz xahiş olunur.