Vəzifə funksiyaları:
- Şirkətin fəaliyyətinə uyğun olaraq vergi strategiyasının formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;
- Mövcud vergi qanunvericiliyi çərçivəsində Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV və Mənfəət bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanaraq təqdim olunmasını təmin etmək;
- Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların, yoxlamaların və məlumat mübadiləsini idarə etmək;
- Debitor və kreditor borcları üzrə uçotun aparılması, qarşılıqlı üzləşmələrin təşkili və hesabatlılığın təmin etmək;
- Şirkətin müxtəlif bölmələrinə (mühasibatlıq, hüquq, əməliyyat və s.) vergi və fiskal mövzularda məsləhət və metodik dəstəyi göstərmək;
- Vergi qanunvericiliyindəki dəyişikliklərini izləmək və bu dəyişikliklərin daxili proseslərə tətbiqi ilə bağlı təklifləri hazırlamaq;
- Vergi hesabatları və sənədlərin audit yoxlamalarına hazırlığı və nəzarəti, uyğunluq risklərini minimuma endirmək
- ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət etmək
- Kameral və səyyar vergi yoxlamaları zamanı şirkəti təmsil etmək, müvafiq izahatları hazırlamaq
- Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək
- Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət etmək
Tələblər:
- Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);
- Təcrübə: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;
- Sertifikat: PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikat arzuolunandır;
- Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə biliklər;
- Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarığı;
- Detallara diqqət, dəqiqlik, məsuliyyətlilik və peşəkar etibarlılıq
Digər məlumatlar:
- Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı
- Nahar ilə təminat
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə və aylıq danışıq limiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.