Vəzifə öhdəlikləri:
- 1C: Mühasibatlıq proqramında (8.2 / 8.3) sərbəst işləmək
- İlkin mühasibat sənədləri ilə iş (hesab-fakturalar, qaimələr, aktlar, müqavilələr)
- Vergi və mühasibat uçotunun aparılması
- ƏDV (Əlavə Dəyər Vergisi) üzrə əməliyyatların icrası
- e-Taxes və digər vergi sistemləri ilə işləmək
- Mühasibat hesabatlarının hazırlanmasında iştirak (dövriyyə cədvəlləri, debitor və kreditor borclar)
- Bank əməliyyatlarının aparılması (bank çıxarışları, ödəniş tapşırıqları)
- Müqavilələrin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
- HR istiqamətində sənədlərlə iş (işə qəbul, əmək müqavilələri, işçi sənədləri)
- ƏMAS və digər elektron sistemlərlə işləmək
- Sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək
Tələblər:
- Təhsil: Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: minimum 3 il
- Excel proqramında sərbəst işləmə bacarığı (formullar, cədvəllər, hesabatlar)
- Word və ümumi kompüter bilikləri
- Vergi və mühasibat uçotunun əsaslarını bilmək
- Diqqətlilik, məsuliyyət və dəqiqlik
- Sənədlərlə səliqəli işləmək bacarığı
- Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək qabiliyyəti
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Əmək haqqı: müqavilə əsasında (müsahibə zamanı müzakirə olunur)
- Nahar şirkət tərəfindən təmin olunur
- Şəhər mərkəzində, komfortlu ofis şəraiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.