Baş Aşpaz (Executive Chef)

  • Истекает 29 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranının peşəkar mətbəx komandasına rəhbərlik edəcək, işinə məsuliyyətlə yanaşan və yüksək mətbəx standartlarını qoruyacaq Baş Aşpaz (Executive Chef) axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Mətbəxin gündəlik iş prosesinin tam təşkil və idarə olunması;
  • Mətbəx əməkdaşları arasında iş bölgüsünün aparılması və işə nəzarət;
  • Menyu üzrə yeməklərin reseptura, texnoloji kart, porsiya və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
  • Yeməklərin dad, görünüş və təqdimat keyfiyyətinin təmin edilməsi;
  • Məhsulların düzgün saxlanılması, istifadəsi və sərfiyyatına nəzarət;
  • Məhsul itkilərinin və israfın minimuma endirilməsi;
  • Food Cost və məhsul sərfiyyatının nəzarətdə saxlanılması;
  • Mətbəxdə sanitariya, gigiyena, qida təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət olunmasının təmin edilməsi;
  • Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət;
  • Yeni yeməklərin və menyu yeniliklərinin hazırlanması;
  • Mətbəx heyətinin təlimi, inkişafı və iş intizamına nəzarət;
  • Anbar və satınalma komandası ilə koordinasiyalı çalışaraq məhsul ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Mətbəxin operativ problemlərinin həlli və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • 30-45 yaş aralığında bəy namizədlər;
  • Baş Aşpaz vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
  • Restoran və ya otel sahəsində minimum 7 il ümumi iş təcrübəsi;
  • Avropa və beynəlxalq mətbəx üzrə yaxşı bilik və praktiki bacarıqlar;
  • Food Cost, porsiya və məhsul sərfiyyatının idarə edilməsi üzrə biliklər;
  • Mətbəx komandasını idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
  • Qida təhlükəsizliyi və sanitariya-gigiyena standartları barədə bilik;
  • Liderlik və güclü təşkilati bacarıqlar;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Yüksək iş tempi və stressli mühitdə işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.

İş şəraiti:

  • Ünvan: Ağ Şəhər, Kitchen Plus restoranı
  • İş qrafiki: Dəyişkən, tam iş günü
  • İstirahət: Həftədə 1 gün
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily2
  • Weekly664
  • Monthly2416