Concept Consulting and Management Concept Consulting and Management
  • 518

Maliyyə/mühasibatlıq üzrə təcrübəçi

Maliyyə/mühasibatlıq üzrə təcrübəçi

  • Deadline 22 October 2026

MALİYYƏ / MÜHASİBATLIQ ÜZRƏ TƏCRÜBƏÇİ AXTARIRIQ!

Concept Consulting and Management MMC komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar inkişaf etmək istəyən Maliyyə/Mühasibatlıq üzrə Təcrübəçi axtarırıq.

 

🎯 Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Yeni məzun və ya magistr tələbəsi olmaq;
  • Maliyyə və mühasibatlıq sahəsinə maraq;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
  • Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
  • Komandada işləmək bacarığı.

📋 Əsas vəzifələr:

  • Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatların icrasında dəstək göstərmək;
  • İlkin maliyyə və mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;
  • Gəlir və xərclərlə bağlı məlumatların toplanması və işlənilməsinə dəstək olmaq;
  • Maliyyə məlumatlarının Excel üzərindən işlənməsi və cədvəllərin hazırlanmasında iştirak etmək;
  • Debitor və kreditor məlumatlarının yoxlanılması və sistemləşdirilməsinə dəstək olmaq;
  • Bank əməliyyatları və ödəniş sənədlərinin yoxlanılmasında iştirak etmək;
  • Hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;
  • Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsində iştirak etmək;
  • Maliyyə və mühasibatlıq şöbəsinin digər gündəlik işlərinin icrasında iştirak etmək.

💼 Sizə nə təklif edirik?

  • Maliyyə və mühasibatlıq üzrə real iş təcrübəsi qazanmaq;
  • Peşəkar mütəxəssislərlə işləyərək praktiki biliklər əldə etmək;
  • Restoran və catering sektorunda maliyyə proseslərini yaxından öyrənmək;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Uğurlu nəticə göstərən namizəd üçün şirkət daxilində iş imkanı.

📌İş şəraiti

İş yeri: Xətai rayonu, 8 Noyabr pr. 23.

İş qrafiki: 09:00-18:00

Təcrübə müddəti: 2 ay

 

📩 Müraciət üçün qeyd olunan linkə keçid edərək tələb olunan məlumatları doldurmağınız xahiş olunur:

https://forms.gle/VNymSmDM2wN3LAPN8

  • Daily3
  • Weekly273
  • Monthly1992