C Concept Consulting and Management
  • 909

Concept Consulting and Management

Other

Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis

  • Истекает 2 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Keytrinq sahəsində fəaliyyət göstərən Concept Consulting and Management şirkətinə “Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Müəssisədə keyfiyyətə nəzarət sisteminin tətbiqinə və icrasına nəzarət etmək;
  • İstehsal və xidmət proseslərinin beynəlxalq standartlara (ISO, HACCP və s.) uyğunluğunu təmin etmək;
  • İşçilərin əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühit (SƏTƏM) qaydalarına əməl etməsini izləmək;
  • Risklərin təhlilini aparmaq, uyğunsuzluqları aşkar edib hesabat hazırlamaq;
  • Təhlükəsizlik texnikası, təlimatlar və qaydaların hazırlanmasında iştirak etmək;
  • İşçilər üçün SƏTƏM üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Anbar, mətbəx və digər sahələrdə təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət;
  • Qəza və fors-major hallarında araşdırma aparmaq və səbəblərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Rəhbərliyə aylıq və illik hesabatların təqdim olunması.

Tələblər:

  • Ali təhsil (Qida mühəndisi, Mikrobioloq, Kimya mühəndisi üstünlükdür);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət standartları üzrə biliklər;
  • Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativlik;
  • MS Office proqramları ilə işləmə bacarığı.

Şərtlər:

  • İş yeri: Xətai
  • İş saatları 08:00-17:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Bölgələrə ezamiyyət;
  • Əmək haqqı 700-800 AZN

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Keyfiyyətə Nəzarət və SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly625
  • Monthly625