Concept Consulting and Management MMC komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar inkişaf etmək istəyən Maliyyə/Mühasibatlıq üzrə Təcrübəçi axtarırıq.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Yeni məzun və ya magistr tələbəsi olmaq;
- Maliyyə və mühasibatlıq sahəsinə maraq;
- MS Excel proqramında işləmə bacarığı;
- Rəqəmlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
- Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
- Komandada işləmək bacarığı.
Əsas vəzifələr:
- Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatların icrasında dəstək göstərmək;
- İlkin maliyyə və mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsində iştirak etmək;
- Gəlir və xərclərlə bağlı məlumatların toplanması və işlənilməsinə dəstək olmaq;
- Maliyyə məlumatlarının Excel üzərindən işlənməsi və cədvəllərin hazırlanmasında iştirak etmək;
- Debitor və kreditor məlumatlarının yoxlanılması və sistemləşdirilməsinə dəstək olmaq;
- Bank əməliyyatları və ödəniş sənədlərinin yoxlanılmasında iştirak etmək;
- Hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasına dəstək olmaq;
- Mühasibat sənədlərinin düzgün şəkildə arxivləşdirilməsində iştirak etmək;
- Maliyyə və mühasibatlıq şöbəsinin digər gündəlik işlərinin icrasında iştirak etmək.
Sizə nə təklif edirik?
- Maliyyə və mühasibatlıq üzrə real iş təcrübəsi qazanmaq;
- Peşəkar mütəxəssislərlə işləyərək praktiki biliklər əldə etmək;
- Restoran və catering sektorunda maliyyə proseslərini yaxından öyrənmək;
- Peşəkar inkişaf və karyera imkanları;
- Uğurlu nəticə göstərən namizəd üçün şirkət daxilində iş imkanı.
İş şəraiti
- İş yeri: Xətai rayonu, 8 Noyabr pr. 23.
- İş qrafiki: 09:00-18:00
- Təcrübə müddəti: 2 ay
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.