Restoran Direktoru

  • Истекает 16 октябрь 2026

Ağ Şəhərdə yerləşən restoranımızın gündəlik fəaliyyətinin, xidmət və mətbəx proseslərinin, maliyyə göstəricilərinin və komandanın idarə edilməsinə cavabdeh olacaq Restoran Direktoru axtarılır.

 

Əsas vəzifə və öhdəliklər

  • Restoranın gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək;
  • Restoranın satış, gəlir, xərc və mənfəət göstəricilərinə nəzarət etmək;
  • Mətbəx, zal, bar, anbar və inzibati bölmələrin fəaliyyətini koordinasiya etmək;
  • İşçi heyətinin effektiv idarə olunmasını, iş bölgüsünü və əmək intizamını təmin etmək;
  • Xidmət keyfiyyətinə və müştəri məmnuniyyətinə nəzarət etmək;
  • Menyu, məhsul sərfiyyatı, food cost və digər əməliyyat göstəricilərinin izlənilməsini təmin etmək;
  • Anbar, satınalma və məhsul hərəkəti proseslərinə nəzarət etmək;
  • HACCP, sanitariya, əməyin mühafizəsi və daxili prosedurların icrasını təmin etmək;
  • Restoranın satışlarının artırılması və xərclərin optimallaşdırılması üzrə tədbirlər hazırlamaq;
  • Müştəri şikayət və təkliflərini təhlil etmək, operativ həll yolları müəyyənləşdirmək;
  • İşçi heyətinin seçimi, adaptasiyası, təlimi və fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Rəhbərliyə mütəmadi olaraq restoranın fəaliyyəti barədə hesabatlar təqdim etmək;
  • Restoranın strateji və operativ inkişaf planlarının hazırlanmasında iştirak etmək.

 

Tələblər

  • Restoran və ya qonaqpərvərlik sektorunda idarəçilik üzrə minimum 5 il iş təcrübəsi;
  • Restoranın bütün əsas əməliyyat prosesləri haqqında praktiki bilik;
  • Komanda idarəetməsi və liderlik bacarığı;
  • Maliyyə göstəricilərini və restoran KPI-larını təhlil etmək bacarığı;
  • Food cost, əmək xərcləri və ümumi restoran xərcləri barədə anlayış;
  • Güclü təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Stress altında və yüksək iş tempində effektiv işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
  • Azərbaycan dili – əla, rus və/və ya ingilis dili – üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Liderlik və məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və qərarvermə qabiliyyəti;
  • Analitik düşüncə;
  • Nəticəyönümlülük;
  • Güclü kommunikasiya və komanda idarəetmə bacarığı;
  • Operativlik və çeviklik.

 

İş şəraiti

  • İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki 
  • İstirahət günü: həftədə 1 gün 
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun razılaşma yolu ilə

 

Uyğun namizədlər CV'lərini [email protected] e-poçt ünvanına “Restoran Direktoru” qeyd edərək göndərə bilər.

  • Daily0
  • Weekly387
  • Monthly1481