Keytrinq sahəsində fəaliyyət göstərən “Concept Consulting and Management” şirkətinə “Satış mütəxəssisi” tələb olunur.
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştərilərlə əlaqəni qurmaq və idarə etmək;
- Şirkətin məhsul və xidmətlərini təqdim etmək, satışı həyata keçirmək;
- Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təklif etmək;
- Satış planlarını icra etmək və aylıq satış hədəflərinə çatmaq;
- Daxili sistemdə satışla bağlı məlumatların vaxtında və düzgün qeydiyyatı;
- Müştəri məmnuniyyətini təmin etmək və loyallıq yaratmaq;
- Rəhbərliyə gündəlik/aylıq satış hesabatları təqdim etmək.
Tələblər:
- Müvafiq sahədə ali təhsil arzuolunandır;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Aktiv, məsuliyyətli, nəticəyönümlü və komandada işləmə bacarığı;
- MS Office proqramlarında sərbəst istifadə bacarığı;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır.
Şərtlər:
- İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti;
- İş saatları 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə göndərməyiniz xahiş olunur.