Restoran və Keytrinq sahəsində fəaliyyət göstərən şirkətimizə “Xərclərə nəzarət üzrə mütəxəssis” tələb olunur.
Vəzifə öhdəlikləri:
- Xammal girişindən məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi və proqramda düzgün əks olunmasının təmin edilməsi;
- Xammal maliyyətlərinin keyfiyyət və toplam məhsul maliyyəti baxımından təhlil edilməsi;
- Anbar qalıqlarının proqram üzərindən və real olaraq təqib edilməsi və uyğunsuzluqların dərhal araşdırılması;
- Gündəlik və aylıq xərclərin izlənilməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması;
- Ay sonu anbar qalıqlarının yoxlanılmasına kömək edilməsi və faktiki qalıqların sistemdəki məlumatlarla müqayisə edilməsi;
- Uyğunsuzluqların aşkar edilməsi və hesabatların hazırlanması;
- Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi;
- İstehsalat və anbar əməliyyatlarının effektiv idarə olunmasına dair məlumatların toplanması və təhlillərin aparılması.
Tələblər:
- Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil);
- Minimum 1 il iş təcrübəsi;
- Analitik düşünmə və təhlil bacarığı;
- MS Excel və digər ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
- Restoran və keytrinq sahəsində maliyyə nəzarətinə maraq;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
- İş qrafiki: 6 günlük;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Maaş: 800 -1000 Azn (Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcək)
Uyğun namizədlər CV'lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilər.