VAKANSİYA:SERVİS MENECERİ
Vəzifə öhdəlikləri
· Texnika və avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, servis və texniki xidmət proseslərini planlaşdırmaq və optimallaşdırmaq;
· Avadanlıqların dayanma müddətini minimuma endirmək, yaranan nasazlıqların operativ diaqnostikasını və aradan qaldırılmasını təşkil etmək;
· Servis komandasının gündəlik işlərini planlaşdırmaq və idarə etmək, iş bölgüsünü aparmaq, komandanın fəaliyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət etmək;
· Müştəri müraciətlərinə operativ reaksiya göstərmək, xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
· Servisə daxil olan texnikaların qeydiyyatını aparmaq, servis tarixçəsini, görülən işləri və texniki sənədləri sistemli şəkildə uçota almaq;
·Servis fəaliyyətinə aid alt sənədlərin (qəbul-təhvil aktları, texniki baxış və diaqnostika aktları, defektasiya və iş tapşırıq blankları) hazırlanmasını və düzgün tərtibatını təmin etmək;
· Təmir, texniki xidmət və ehtiyat hissələri üzrə xərcləri izləmək, xərc optimallaşdırılması üzrə analizlər aparmaq və qənaət tədbirləri təklif etmək;
· Ehtiyat hissələrinin vaxtında təmin olunması üçün anbar və satınalma/təchizat şöbələri ilə koordinasiyalı işləmək;
· Servis fəaliyyətinin nəticələri üzrə aylıq və rüblük hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və fəaliyyətin inkişafı üzrə təkliflər vermək;
· Servis sahəsində Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) standartlarına tam riayət olunmasını təmin etmək, işçilərin SƏTƏM təlimatlarına uyğun çalışmasına nəzarət etmək.
Tələblər
· Ali və ya orta ixtisas texniki təhsil;
· Servis, texniki xidmət, mexanika və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
· Tikinti texnikaları və ağır texnikalarla iş təcrübəsi üstünlükdür;
· Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki biliklər;
· Servis komandasını idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
· MS Office (xüsusilə Excel) və 1C proqramlarında işləmək bacarığı;
· Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı;
· Müştərilərlə və komanda ilə effektiv ünsiyyət qurmaq bacarığı;
· B və C kateqoriyalı sürücülük vəsiqəsinin olması.
İş şəraiti
· İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;
· Əmək haqqı: 1000–1200 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
· Rəsmi əmək müqaviləsi;
· Məzuniyyət və bayram günləri əmək məcəlləsinə uyğun təmin edilir.
Müraciət üçün
CV-nizi mövzu hissəsində "Servis Meneceri" qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.