TƏCHİZAT

  • Истекает 9 август 2026

Vəzifə öhdəlikləri

• Servis və istehsalat sahələrinin ehtiyaclarına uyğun ehtiyat hissələri, materiallar və yanacaq təchizatının təşkili və sahəyə vaxtında çatdırılmasının təmin edilməsi;

• Texnikalar və avadanlıqlar üçün lazım olan ehtiyat hissələrinin operativ şəkildə sifariş olunması və çatdırılmasının izlənilməsi;

• Sahə üzrə gündəlik təchizat tələblərinin müəyyən edilməsi və prioritetləşdirilməsi;

• Təchizatçılarla operativ əlaqə saxlanılması, sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin koordinasiyası;

• Anbar, servis və texniki heyətlə daimi əlaqədə olaraq ehtiyacların vaxtında qarşılanmasının təmin edilməsi;

• Qiymət və mövcudluq üzrə məlumatların toplanması və ən uyğun həll variantlarının təklif edilməsi;

• Təcili ehtiyacların və sahə nasazlıqlarının operativ şəkildə həll olunması üçün logistika prosesinin idarə edilməsi;

• Təchizat prosesləri üzrə sənədləşmənin düzgün aparılması və məlumatların sistemləşdirilməsi;

• Rəhbərliyə gündəlik və aylıq təchizat hesabatlarının hazırlanması və təqdim edilməsi;

• Sahədə texnikaların dayanma vaxtını minimuma endirmək üçün operativ həllərin tapılması.

Tələblər

• Ali və ya orta ixtisas təhsili;

• Təchizat, logistika və ya sahə əməliyyatları üzrə minimum 1–2 il təcrübə;

• Ehtiyat hissələri və texniki materiallar üzrə ümumi biliklər;

• MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel);

• Operativ qərarvermə və problem həll etmə bacarığı;

• Məsuliyyətli, dəqiq və stress altında işləmə qabiliyyəti;

• Komanda ilə koordinasiyalı işləmək bacarığı;

• Sahə (field) işlərinə uyğunlaşma və çevik hərəkət etmək bacarığı;

• Sürücülük vəsiqəsinin olması (B kateqoriyası üstünlükdür) və avtomobil idarə etmə bacarığı.

İş şəraiti

• İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00;

• Əmək haqqı: 600–800 AZN (təcrübəyə əsasən dəyişə bilər);

• Rəsmi əmək müqaviləsi;

• Məzuniyyət və bayram günləri əmək qanunvericiliyinə uyğun təmin edilir.

  • Daily1
  • Weekly524
  • Monthly924