Bizim dinamik kollektivə qoşulacaq, müştəri xidmətini yüksək səviyyəyə qaldıracaq və satışları artırmağa kömək edəcək administrator axtarırıq!
Tələblər:
- Təmizkar, diqqətli və çalışqan
- Yüksək satış qabiliyyəti
- Kofe, desert haqqında biliyə sahib olmaq
- Servis və müştəri xidməti üzrə təcrübə
- Gülərüz və ünsiyyətcil olmaq
- Satışın artırılması üçün təcrübə
- Funksional idarəetmə və işin qaydalarına riayət etmək bacarığı
- İş təcrübəsi: 2-3 il
- Yaş məhdudiyyəti: 25-45 yaş
Əlavə üstünlüklər:
- İş və satış qabiliyyətinə əsasən qazancın artırılması
- İş yeri ilə bağlı ətraflı təlim və inkişaf imkanları
Əgər siz hədəflərə çatmaq üçün təşəbbüskar, motivasiyalı və pozitiv bir iş yoldaşıysanız, müraciət edin!
Necə Müraciət Etməli?
CV və portfolionuzu “COOKSIDE” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.