Öhdəliklər:
- Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
- Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
- Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
- Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
- Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Namizədə tələblər:
- Ali Təhsil
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;.
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- MS Excel üzrə biliklər;
- 1 C proqramında sərbəst işləmək bacarığı;
- Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
- Komandada işləmə bacarığı
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.
CV-lərinizi “Əmək Haqqı üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.