Öhdəliklər:
- Bina və tikililərin, və s. memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
- Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi
- Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
- Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə Proqram Bilikləri-ArchiCad. Autocad və s.
- Dəmir-Konstruksiya üzrə təcrübə arzuolunandır
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, işləmə prinsiplərini bilməli;
İş barədə məlumat:
- İş vaxtı : Həftə içi 6 gün
- İş Yeri : Hökməli
- Əmək haqqı işçinin təcrübəsinə əsasən danışıq əsnasında müəyyən olunacaqdır .
CV-lərinizi “Memar” başlığı altında mailinə göndərməyiniz xahiş olunur.