Core Construction Core Construction
  • 430

Xərclərə Nəzarət üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xərclərə Nəzarət üzrə Mütəxəssis

  • Истекает 23 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq.

Əsas vəzifələr:

  • Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması;
  • Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi;
  • Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi;
  • Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi;
  • Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması;
  • Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili;
  • Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması;
  • Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması;
  • Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət;
  • Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə);
  • Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir;
  • Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər;
  • MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı;
  • Hesabat və cədvəllərlə işləmə bacarığı;
  • Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər;
  • Analitik düşünmə və detallara diqqət;
  • Məsuliyyətli və sistemli iş prinsipi;
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily130
  • Weekly516
  • Monthly2228