Vəzifə Təlimatları:
- Çağırış əsasında (günlük) anbar və mağazalarda sayım proseslərində iştirak;
- Mağazalarda malların barkodlanması və qiymətləndirilməsi xidməti;
- Sayım nəticələrinin dəqiq sayda 1C 8.3 proqramına daxil edilməsi;
- Uyğunsuz kimi aşkarlanmış malın hərəkətini 1C proqramında analiz etmək;
- Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
- Proqramda yeni məhsul açılması;
- Malların barkodlanması və alış/satış qiymətlərinin daxil edilməsi ;
- Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
Namizədə Tələblər:
- Ali və ya orta təhsil;
- 1C 8.3 proqramı üzrə mükəmməl biliklər;
- MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel);
- Müxtəlif sahələr üzrə (market , geyim , elektronika , maşın ehtiyat hissələri və s.) sayım proseslərində iştirak etmiş;
- Problemləri həll etmə bacarığı və dəqiqlik;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
- Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
- Gec saatlaradək prosesdə iştirak edə bilən;
- Dəqiq , çevik və diqqətli olmalı;
- Əl terminalları ilə işləmə bacarığı arzuolunandır;
- Müvafiq sahə üzrə 1 illik təcrübə;
- Kişi namizədlərə üstünlük veriləcəkdir;
İş Şərtlərimiz:
- Əmək haqqı razılaşma yolu ilə təyin olunur.
- İş rejimi – müxtəlif saatlarda
- Ünvan: Bakı və bölgələr
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çağırışla işləyən sayım üzrə mütəxəssis” sözlərini qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.