Şirkətimizin regionlarda həyata keçirdiyi layihələr çərçivəsində inşaat və karxana-mədən sahəsində çalışacaq əməkdaşlar dəvət olunur.
Əsas fəaliyyət istiqamətlərimiz:
- İnşaat və infrastruktur layihələrinin həyata keçirilməsi;
- Karxana və mədən sahələrində materialların hasilatı və çıxarılması;
- Materialların yüklənməsi və daşınmasının təşkili;
- Materialların dəmir yolu və avtomobil nəqliyyatı ilə alıcılara çatdırılması;
- Texnika və mexanizmlərin işinin təşkili və koordinasiyası;
- Layihələr üzrə gündəlik istehsalat proseslərinin idarə olunması.
Axtarılan əməkdaşlar:
- İnşaat sahəsi üzrə mütəxəssislər;
- Karxana və mədən sahəsi üzrə mütəxəssislər;
- Mexanizmlərin və texnikanın işinin təşkili üzrə mütəxəssislər;
- İstehsalat və layihələrin idarə olunması üzrə əməkdaşlar;
- Digər əlaqəli sahələr üzrə təcrübəli mütəxəssislər.
İş şəraiti
- Əmək haqqı: 1 500 – 3 000 AZN
- Əmək haqqı vəzifə, iş təcrübəsi və peşəkar bacarıqlara uyğun olaraq müəyyən edilir.
- İş yeri: Azərbaycanın müxtəlif regionları. Əməkdaşın çalışacağı ərazi həyata keçirilən layihənin yerləşdiyi regiona uyğun müəyyən ediləcək.
Namizədə tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- İstehsalat və iş proseslərinin təşkili və koordinasiyası bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Regionlarda yerləşən layihələrdə işləməyə hazır olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. CV-də əvvəlki iş təcrübəsinin və çalışdığı sahənin qeyd olunması xahiş olunur.