Şirkətimizin regionlarda həyata keçirdiyi layihələr çərçivəsində inşaat və karxana-mədən sahəsində çalışacaq əməkdaşlar dəvət olunur.
Əsas fəaliyyət istiqamətlərimiz:
İnşaat və infrastruktur layihələrinin həyata keçirilməsi;
Karxana və mədən sahələrində materialların hasilatı və çıxarılması;
Materialların yüklənməsi və daşınmasının təşkili;
Materialların dəmir yolu və avtomobil nəqliyyatı ilə alıcılara çatdırılması;
Texnika və mexanizmlərin işinin təşkili və koordinasiyası;
Layihələr üzrə gündəlik istehsalat proseslərinin idarə olunması.
Axtarılan əməkdaşlar:
İnşaat sahəsi üzrə mütəxəssislər;
Karxana və mədən sahəsi üzrə mütəxəssislər;
Mexanizmlərin və texnikanın işinin təşkili üzrə mütəxəssislər;
İstehsalat və layihələrin idarə olunması üzrə əməkdaşlar;
Digər əlaqəli sahələr üzrə təcrübəli mütəxəssislər.
Əmək haqqı: 1 500 – 3 000 AZN
Əmək haqqı vəzifə, iş təcrübəsi və peşəkar bacarıqlara uyğun olaraq müəyyən edilir.
İş yeri: Azərbaycanın müxtəlif regionları. Əməkdaşın çalışacağı ərazi həyata keçirilən layihənin yerləşdiyi regiona uyğun müəyyən ediləcək.
Namizədə tələblər:
Müvafiq sahədə iş təcrübəsi;
İstehsalat və iş proseslərinin təşkili və koordinasiyası bacarığı;
Məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Regionlarda yerləşən layihələrdə işləməyə hazır olmaq.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mail ünvanımıza təqdim edə bilərlər. CV-də əvvəlki iş təcrübəsinin və çalışdığı sahənin qeyd olunması xahiş olunur. Mail ünvanı: [email protected]