Vəzifə öhdəlikləri:
- Obyekt daxilində bütün qida və içki nöqtələrinin fəaliyyətinə nəzarət etmək
- Aşpazlarla birgə menyuların planlaşdırılması (mövsümi məhsullar, müştəri üstünlükləri və büdcə məhdudiyyətləri nəzərə alınmaqla)
- Bütün sahələrdə sanitar-gigiyenik qaydalara və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- Anbar ehtiyatlarının idarə olunması və zəruri hallarda sifarişlərin verilməsi
- Qida və içki personalının (aşpazlar, ofisiantlar, barmenlər) işə qəbulu, təlimi və nəzarəti
- Müştəri sorğuları və şikayətlərinin idarə olunması, yüksək xidmət səviyyəsinin təmin edilməsi
- Təqdim olunan məhsul və xidmət keyfiyyətinin monitorinqi və çatışmazlıqların aradan qaldırılması
- Toylar, konfranslar və digər xüsusi tədbirlər daxil olmaqla, tədbirlərin katerinq üzrə idarə olunmasında iştirak
Tələblər:
- F&B Meneceri və ya oxşar vəzifədə təsdiqlənmiş iş təcrübəsi
- Katerinq idarəçiliyi və tədbirlərin təşkili üzrə praktiki təcrübə
- Müxtəlif bişirmə üsulları, inqrediyentlər, avadanlıqlar və proseslər üzrə dərin bilik
- Çoxsaylı tapşırıqları eyni vaxtda idarə etmə bacarığı
- Yüksək ünsiyyət və liderlik bacarıqları
- Qida və içki sahəsində trendlər və ən yaxşı təcrübələrdən xəbərdar olmaq
- Personalın idarə olunması və maliyyə hədəflərinə nail olma bacarığı
- Otelçilik / Qonaqpərvərlik menecmenti və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi
Şəxsi keyfiyyətlər:
- Güclü liderlik və məsuliyyət hissi
- Dinamik və gərgin iş mühitində işləmək bacarığı
- Qonaqyönümlü yanaşma
- Yüksək ünsiyyət və koordinasiya bacarıqları
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.