İş barədə məlumat:
- Direktorun gündəlik tapşırıqlarının yerinə yetirilməsi
- Şirkətin mail qutusuna nəzarət edilməsi
- Müdriyyət və gələn qonaqların qarşılanması
- Prosedur/ administrativ sistemlərin həyata keçirilməsi və idarə edilməsi
- İşgüzar görüşlərin və iclasların təşkili
- Kargüzarlıq işinin təşkili- Dövlət qurumları və müxtəlif firmalara rəsmi məktubların yazılması, mətnlərinin hazırlanması, məktubun göndərilməsi və prosesin izlənilməsi
- Məktubların, daxili yazılan sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən sənədlərin qeydiyyatı
- Daxil olan və göndərilən sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi
- Verilən tapşırıqların icrası və bu barədə hesabat verilməsi
- Şirkətin iş fəaliyyəti ilə bağlı portfolionun mütəmadi yenilənməsini təmin etmək, şirkətin saytında yenilənmələrin vaxtlı-vaxtında yerləşdirilməsini nəzarətdə saxlamaq
Tələblər:
- Yalnız kişi namizədlərin CV-ləri dəyərləndiriləcək
- Yaş həddi: 20-30 yaş
- İdarəetmə sahəsində ali təhsil
- Kompüter bilikləri -MS Office proqramlarında işləmək bacarığı
- Ofis texnikası ilə işləmək təcrübəsi
- Aktiv, inisiativ işlədən, məntiqi düşüncəyə malik olmalı
- Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli
- Azərbaycan dilini səlis, rus dilini yaxşı səviyyədə bilməli, ingilis dili arzuolunandır.
- Verilən tapşırıqları yüksək keyfiyyətlə və gecikdirmədən yerinə yetirməli
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
Namizədlər CV-lərini “Direktor assistenti” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.