Cronos Construction Cronos Construction
  • 163
Cronos Construction

Cronos Construction

Tikinti , Bina tikintisi

Elektrik və mexanika işləri üzrə texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik və mexanika işləri üzrə texnik

  • Deadline 15 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Tikinti obyektləri (regionlar və Bakı)

Vəzifə öhdəlikləri

  • Aşağı gərginlikli elektrik işlərinin yerinə yetirilməsi (lampaların, spot işıqların, rozetkaların və digər elektrik elementlərinin dəyişdirilməsi və quraşdırılması);
  • Elektrik qurğularının, avadanlıqlarının və mexanizmlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi;
  • Elektrik avadanlıqlarında aşkar edilən xırda nasazlıqların operativ şəkildə aradan qaldırılması;
  • Elektrik avadanlıqlarının normal və təhlükəsiz istismarının təmin edilməsi;
  • Santexnika avadanlıqlarının və aksesuarlarının montajının həyata keçirilməsi;
  • Müxtəlif növ boruların (PPR, PPRC, HDPE, PVC, UPVC, dəmir və digər boruların) quraşdırılması və birləşdirilməsi;
  • Boru xətlərinin bərkidilməsi üçün istifadə olunan dayaqların, tijlərin, konsolların, xomutların və digər aksesuarların quraşdırılması;
  • İsitmə sistemlərinin boru xətlərinin montajının həyata keçirilməsi;
  • İsitmə və soyutma sistemlərinə aid avadanlıqların quraşdırılması və texniki vəziyyətinə nəzarət edilməsi;
  • Görülən işlərin texniki tələblərə, təhlükəsizlik qaydalarına və mühəndislərin göstərişlərinə uyğun yerinə yetirilməsi;
  • Rəhbərlik və mühəndislər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
  • İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə texniki bilik və praktiki iş bacarığı;
  • Elektrik, santexnika və mexaniki montaj işləri üzrə təcrübəyə malik olmaq;
  • Elektrik və santexnika avadanlıqlarının quraşdırılması və texniki xidməti sahəsində biliklərə sahib olmaq;
  • Texniki çertyojları və mühəndis göstərişlərini anlamaq bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və işinə diqqətli olmaq;
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şəraiti

  • Tikinti obyektlərində iş;
  • İş qrafiki və əməkhaqqı müsahibə zamanı müzakirə olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly567
  • Monthly1415