Cronos Construction şirkəti komandasına Memar vəzifəsinə uyğun namizəd axtarır.
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- 5–10 il müvafiq iş təcrübəsi;
- Bina və qurğuların işçi layihələrinin hazırlanması üzrə təcrübə;
- 3D memarlıq həllərinin hazırlanması bacarığı;
- Tikinti normativləri və standartları barədə məlumatlı olmaq;
- AutoCAD, ArchiCAD, 3D Max, Corona və digər müvafiq proqramlarda işləmə bacarığı;
- İşə məsuliyyətli və yaradıcı yanaşma;
- Analitik düşünmə və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00–18:00
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı: müsahibə zamanı müəyyən edilir.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.