İş yeri: Qarabağ regionu (Düşərgə tipli)
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İşin təsviri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması;
- Xəritə və sənədlərin surətlərinin çıxarılması və çoxaldılması işlərinin yerinə yetirilməsi;
- Görülmüş yerüstü geofiziki və topoqrafik işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi;
- Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin yerində icra edilməsi;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin, həmçinin materialların qrafiki qeydiyyatının aparılması;
- Sahədən əldə olunmuş topoqrafik məlumatların kamerallıq şəraitində işlənməsi;
- Müvafiq sənədlərin aidiyyatı üzrə ötürülməsinə və onların icra şərtlərinə nəzarət edilməsi.
Tələblər:
- Müvafiq sahə (Geodeziya, Topoqrafiya, Kartoqrafiya və ya İnşaat mühəndisliyi) üzrə ali təhsil;
- Sahə üzrə minimum 3-5 il rəsmi iş təcrübəsi;
- Elektron Taxeometr (Total Station), GPS, Nivelir kimi geodeziya ölçmə alətlərində sərbəst işləmək bacarığı;
- MS Office proqramlarını (Word, Excel, PowerPoint) və AutoCAD proqramını peşəkar səviyyədə bilməli;
- Düşərgə şəraitində və ezamiyyət rejimində işləməyə uyğun olmalı.
Təminatlar:
- Düşərgədə pulsuz yerləşmə (qalmaq xərci şirkət tərəfindən qarşılanır);
- Gündəlik qidalanma təminatı (yemək xərci şirkət tərəfindən qarşılanır).
Maraqlanan namizədlərdən öz CV-lərini "Topoqraf (Qarabağ)" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.