İnsan Resursları üzrə Mütəxəssis

  • Истекает 26 октябрь 2026

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər kabinetinin işçilərlə münasibətlər üzrə qərarları üzrə əsas biliklər;
  • 1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
  • Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və s. əmrlərinin yazılması; 
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
  • İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
  • Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
  • Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
  • Arayışların hazırlanması və qeydiyyatın aparılması;
  • Əmək haqqı Hesablama uçotunun aparılması və 1C 8.3 Sistemə işlənməsi

Qeyd: Şirkət mühasibatlıq sahəsində məsləhət şirkəti olduğu üçün fərqli müəssisələrin işçilər və əmək haqqı ilə bağlı işlərinin icrası və hesabat verilməsi bu vəzifə üzrə tələb olunacaqdır.

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  • Əməkhaqqı - ilk 3 ay 600 AZN, 4-cü aydan 800 Azn
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur

  • Daily11
  • Weekly637
  • Monthly2347