Cost Controller

  • Deadline 10 Noyabr 2026

Əsas vəzifələr

Büdcələşdirmə və planlaşdırma

  • İllik, rüblük və aylıq xərc büdcələrinin hazırlanmasında iştirak etmək və koordinasiya etmək
  • Büdcə layihələrini struktur bölmələrdən toplayıb konsolidasiya etmək
  • Büdcə limitlərini 1C ERP sistemində qurmaq və yeniləmək
  • Proqnozların (forecast) hazırlanması və yenilənməsi

Xərclərin nəzarəti və təhlili

  • Faktiki xərclərin büdcə ilə müqayisəsi (plan-fakt təhlili) və kənarlaşmaların səbəblərinin araşdırılması
  • Xərc mərkəzləri (cost center) və xərc maddələri üzrə nəzarət
  • Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
  • Büdcədənkənar və limiti aşan xərclərin aşkarlanması və rəhbərliyə məlumat verilməsi

Maya dəyəri

  • Məhsul/xidmət üzrə maya dəyərinin hesablanması və təhlili
  • Birbaşa və dolayı xərclərin bölüşdürülməsi (allokasiya)
  • Standart və faktiki maya dəyərinin müqayisəsi

1C ERP üzrə işlər

  • 1C ERP sistemə nəzarət və səhv yaradılmış sorğuların düzəlişi üçün sistem admin və user arası koordinasiyanın təşkili
  • Xərc və büdcə məlumatlarının 1C ERP-də düzgün və vaxtında qeydiyyatına nəzarət
  • Büdcə sənədlərinin, sorğuların və müqavilələrin büdcə uyğunluğunun yoxlanması
  • 1C-dən hesabatların çıxarılması və təhlili
  • Analitik uçot elementlərinin (xərc maddələri, layihələr, mərkəzlər) idarə edilməsi

Hesabatlıq

  • Aylıq/rüblük xərc və büdcə icra hesabatlarının hazırlanması
  • Rəhbərlik üçün dashboard və analitik təqdimatlar
  • Maliyyə şöbəsi, mühasibatlıq və digər bölmələrlə məlumat uyğunlaşdırması
  • Audit və daxili yoxlamalar üçün sənədlərin təqdim edilməsi

Namizədə tələblər (təklif)

  • Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznes idarəetməsi)
  • Cost controlling, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində ən azı 3 il təcrübə
  • 1C ERP sistemində (büdcə modulu) təcrübə
  • Excel biliyi (Pivot, VLOOKUP/XLOOKUP, formullar), Power BI bilikləri üstünlükdür
  • MHBS/IFRS və Azərbaycan mühasibat uçotu standartlarının bilinməsi
  • Analitik düşüncə, diqqətlilik, hesabat hazırlama bacarığı
  • İngilis və rus dili biliyi (sənədlər və hesabatlar üçün)
  • CMA, ACCA, CIMA kimi sertifikatlar üstünlükdür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842