Əsas vəzifə və öhdəliklər:
• Tikinti-quraşdırma işlərinin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
• Tikinti sahəsində gündəlik işlərin təşkili və koordinasiyasını həyata keçirmək;
• İşlərin təsdiq edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• İşçi heyətinin və sahədə fəaliyyət göstərən digər tərəflərin işini koordinasiya etmək;
• Materialların, texniki vasitələrin və işlərin düzgün və səmərəli istifadəsinə nəzarət etmək;
• Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
• Görülmüş işlər və sahədəki cari vəziyyət barədə müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
• Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
• Layihə rəhbərliyinin verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
Namizədə tələblər:
• İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
• Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
• Tikinti-quraşdırma işlərinin təşkili və icrasına nəzarət sahəsində təcrübə;
• Tikinti layihələrinin texniki sənədləri və işlərin icra ardıcıllığı barədə anlayış;
• Tikinti sahəsində işlərin koordinasiyası və operativ idarə olunması bacarığı;
• Məsuliyyətli, intizamlı və operativ olmaq;
• Komandada işləmək və sahədə işçi heyəti ilə effektiv ünsiyyət qurmaq bacarığı;
• Zəngilan şəhərində layihə ərazisində işləməyə hazır olmaq.
📩 Müraciət üçün:
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
📌 Mövzu hissəsində: “İş İcraçısı – Zəngilan” qeyd etməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərin CV-lərinə baxılacaq.