Crystal Group of Companies Crystal Group of Companies
  • 273

Crystal Group of Companies

Бизнес

Layihə Rəhbəri (Ağdam Layihəsi)

  • Истекает 3 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Məkan: Ağdam şəhəri

“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələrə imza atırıq. Ağdam şəhərində icrasına başladığımız yeni və genişmiqyaslı layihəmiz üçün komandamıza güclü liderlik bacarıqlarına sahib, məsuliyyətli və peşəkar Layihə Rəhbəri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşdırılmasına rəhbərlik etmək 
  • Sahədə görülən işlərin qrafikə uyğunluğunu nəzarətdə saxlamaq 
  • Texniki sənədlərin və layihə planlarının düzgün icrasını təmin etmək 
  • Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək 
  • Layihə büdcəsinə nəzarət etmək və xərcləri optimallaşdırmaq 
  • Komanda idarəçiliyi və iş bölgüsünü effektiv şəkildə təşkil etmək 
  • Təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək 
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim olunması 

Tələblər:

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil 
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (layihə rəhbəri kimi) 
  • Tikinti normativləri və texniki sənədlərlə işləmə bacarığı 
  • Liderlik və komanda idarəetmə bacarıqları 
  • Problemləri operativ həll etmə və qərarvermə qabiliyyəti 
  • MS Office və layihə idarəetmə proqramları ilə işləmə bacarığı 
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür 

Təklif edirik:

  • Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur) 
  • Böyük və perspektivli layihədə iştirak imkanı 
  • Peşəkar inkişaf və karyera yüksəlişi 
  • Stabil və güclü şirkətdə çalışma imkanı 

Müraciət qaydası:

Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.Mövzu hissəsində “Layihə Rəhbəri – Ağdam” qeyd olunması xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly384