Vəzifə öhdəlikləri:
- Ofisdə texniki və təsərrüfat işlərinin təşkili və icrasının təmin edilməsi
- Gündəlik texniki baxışların aparılması, nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması
- Təmir və təsərrüfat işlərinin planlaşdırılması, icrası və nəzarətdə saxlanılması
- Servis şirkətləri və podratçılarla əlaqənin qurulması və görülən işlərin keyfiyyətinə nəzarət
- Texniki xidmətlə bağlı işlərin koordinasiyası ilə yanaşı, fiziki icrasında iştirak
- Ofisin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün texniki problemlərin operativ həlli
- Texniki işlərlə bağlı hesabatların hazırlanması və elektron formada təqdim edilməsi
- Elektron sənədləşmənin aparılması, ofis proqramlarından (Microsoft Office və s.) effektiv istifadə
- Texniki müraciətlərin (email, daxili sistemlər və s.) qeydiyyatı, izlənməsi və vaxtında cavablandırılması
- Texniki və inzibati proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Ali təhsilli;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili biliyi;
- Microsoft Office proqramları üzrə kompüter biliyi;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Dalğa plaza
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnzibati işlər üzrə koordinator” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.